SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda futbol məşqçisi yol qəzasında dünyasını dəyişib.

BAKU.WS bildirir ki, "Qəbələ" futbol klubundan Trend-ə verilən məlumata görə, Qəbələdə yol qəzasında ölən Teymur Musayev "Qəbələ" futbol akademiyasının məşqçisi olub.

Bildirilib ki, hadisə gecə saat 02:30 radələrində baş verib. T.Musayev evə qayıdarkən dostu 1952-ci il təvəllüdlü Rafiq Qurban oğlu Məmmədovun idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində məşqçi dünyasını dəyişib.

T.Musayev ailəli idi, iki oğlu və bir qızı var.

Sürücü R.Məmmədov isə Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, onun vəziyyəti ağırdır, hər iki bud nahiyəsində sınıqlar var, döş qəfəsi ciddi zədələnib. Hazırda reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, FHN-in yaydığı məlumata görə, Qəbələ şəhərində "Toyota" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin,

1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıblar.

BAKU.WS