VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Quba rayonunda avtoxuliqanlıq edən gənclər saxlanılıb.

DİN mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Quba rayon sakinləri olan 15 gəncin sosial şəbəkələrdə dostluq qrupları yaratmaları, öncədən konkret tarixdə və ünvanda yarışacaqları barədə elanlar verərək bu mövzuda müvafiq paylaşımlar etməsi, daha sonra isə şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.

Əsasən, Rusiya istehsalı olan “Niva”, “Lada Priora”, “VAZ 2016”, “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Avtoxuliqanlıq etmiş qrupun bir üzvü - Cahangir Fərzəliyev “VAZ 2115” markalı avtomobillə polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb, yol-nəqliyyat hadisəsi törədərək həmin nəqliyyat vasitəsinin hadisə yerində qoyub qaçıb.

Hazırda onun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

BAKU.WS