SİZİN REKLAM BURADA!
055 213 76 73



Daşkəsən rayonunda dəhşətli yanğın olub.

Hadisə rayonun Quşçu kənd sakini, 48 yaşlı Tağıyev Pənah Cəmil oğluna məxsus evdə baş verib.

Hadisə zamanı ev sahibi Pənah Tağıyev həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə aldığı üçün onun yanında olub.

Dünən axşam saatlarında isə ölən uşaqların atası Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanatın dalınca gedib.

Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və 1 baldızı qızı olub.

Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Onların tüstüdən boğularaq öldüyü ehtimal olunur.

Yanğının evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.

Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsə oyanıblar.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

FOTO: Report.az
BAKU.WS