VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli binanın 3-cü mərtəbəsində yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.


Hadisə zamanı 10 nəfər bina sakini xilas olunub, 100 nəfər şagird və 50 nəfər bina sakini təxliyyə edilib.


Binanın qalan hissəsi yanğından mühafizə olunub. Qeyd edilir ki, binanın ümumi sahəsi 3600 m² təşkil edir. Tikilinin 2 və 3-cü mərtəbələrdə məcburi köçkünlər məskunlaşıb, 1-ci mərtəbədə 45 saylı orta məktəb fəaliyyət göstərir.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS