SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Nəqliyyat Agentliyinin (BNA) yerləşdirdiyi tumbalar səkidə baş verən qəzanın genişlənməsinin qarşısını alıb.


BAKU.WS xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb.


Sürətlə hərəkət edən BMW markalı, 90 TC 611 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və piyada səkisində quraşdırılan tumbalara çırpılaraq dayanıb.


Nəticədə yol qəzası insan tələfatı olmadan ötüşüb və qəzanın genişlənməsinin qarşısını alıb.


Ziya SƏCCAD
BAKU.WS