SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağcabədidə üç otaqlı yaşayış evi yanıb.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.


Verilən məlumata görə, Ağcabədi rayonunda ümumi sahəsi 72 m², qamışdan ibarət birmərtəbəli 3 otaqlı yaşayış olan tikili yanıb.


Yanğının kəşfiyyatı zamanı 1944-cü il təvəllüdlü Ələmşahova Şərəfnisə Xasay qızının meyiti aşkar olunub.


Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS