SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın paytaxtı Moskvada keçirilən MMA döyüşü zamanı ermənilərlə azərbaycanlılar arasında qarşıdurma yaranıb. Buna səbəb ermənilərin təxribata əl ataraq Dağlıq Qarabağdakı qondarma rejimin "bayrağı"nı qaldırmaları olub.


Həmyerlimiz Tural Rəhimovun döyüşü zamanı qarşılaşmanı izləyən ermənilər Dağlıq Qarabağdakı saxta rejimin bayrağını açmaq istəyiblər. Bu zaman məsələyə müdaxilə edən azərbaycanlılar "bayrağı" ermənilərin əlindən alaraq cırıblar.


Daha sonra məsələyə müdaxilə edən Rusiya Xüsusi Təyinatlı Polis dəstəsinin üzvlərinin həmyerlilərimizə hücum etdiyi bildirilir. Döyülənlərin və saxlanılanların olduğu iddia edilib.


Azərbaycanlı azarkeşlər bildiriblər ki, onlar hüquq-mühafizə orqanları əməkdaşlarını məsələdən xəbərdar ediblər, lakin heç bir tədbir görülməyib. Məhz ermənilərlə qarşıdurma da bundan sonra yaranıb.


Qeyd edək ki, sosial şəbəkələrdə yayılan digər videolarda ermənilərin "qarışmayın, onlar azərbaycanlılardır", "biz evə necə gedəcəyik" dedikləri eşidilib.


Azərbaycan Xarici İşlər Nazirliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, ölkəmizin Rusiyadakı səfirliyi də azərbaycanlılarla ermənilər arasında qarşıdurmanın olduğunu təsdiqləyib.


Onu da qeyd edək ki, bu, erməni millətçilərinin azərbaycanlılara və Azərbaycana qarşı etdiyi ilk belə təxribat hadisəsi deyil. Belə ki, onlar hər yerdə bu cür təşəbbüslərə əl ataraq dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ məsələsində öz istədikləri istiqamətə çəkməyə cəhd edirlər.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


BAKU.WS