VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan iki nəfəri - rayon sakinləri, 1992-ci il təvəllüdlü Şamo Hafiz oğlu Rüstəmovu və 1988-ci il təvəllüdlü Şamo Abid oğlu Yusubovu vurub. Ş.Rüstəmov hadisə yerində ölüb. Ş.Yusubov isə ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS