VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son zamanlar velosiped sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması halları artıb. İlin əvvəlindən bugünədək isə velosipedçilərin iştirakı ilə 4 yol-nəqliyyat hadisəsi baş verib ki, bunun da ikisi ölümlə nəticələnib. İlin əvvəlindən indiyədək təşkil edilən reydlər zamanı 20-ə yaxın velosipedçi barəsində inzibati protokol tərtib olunub.

BAKU.WS-in məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Xəzər TV-yə deyib ki, son zamanlar velosiped sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması halları artıb. Bununla bağlı olaraq yol polisi tərəfindən maarifləndirici tədbirlər və reydlər də keçirilib. Lakin bəzi velosipedçilər öz həyatlarını təhlükəyə ataraq yol hərəkəti qaydalarını pozmaqdan çəkinmirlər.

Vaqif Əsədovun sözlərinə görə, velosiped sürücüləri tərəfindən ən çox pozulan qaydalardan biri svetoforun qırmızı işığında yolu keçmə hallarıdır. Ümumilikdə isə avtomobil yolu ilə hərəkət edəcək velosipedçilər bir sıra nüanslara diqqət yetirməlidirlər.

Bundan əlavə, velosipedçilər hərəkət zamanı xüsusi kaskalardan istifadə etməlidirlər.

Bölmə rəisi qeyd edib ki, yol polisi əməkdaşları qayda pozan velosiped sürücüsünü aşkarlayarsa, dərhal lazımi tədbir görülür. İlin əvvəlindən indiyədək təşkil edilən reydlər zamanı 20-ə yaxın velosipedçi barəsində inzibati protokol tərtib olunub.

BAKU.WS