VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu gün axşam saat 17:00 radələrində rayonun Hənifə kənd sakini, 1963-cü il təvəllüdlü Həmzət Əsəbəli oğlu Abdullayev bıçaqlanma xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan “Report”a bildirilib ki, H.Abdullayevə döş qəfəsinin sol payının kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti diaqnozu qoyulub. H.Abdullayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. H.Abdullayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

H.Abdullayev özündən 15 yaş böyük qardaşı, 1948-ci il təvəllüdlü Ramazan Abdullayev tərəfindən aralarında baş verən mübahisə zamanı bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS