SİZİN REKLAM BURADA!
055 213 76 73



Ucarda avtomobil velosipedçini vurub öldürüb.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 8-də saat 14 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Bərdə şəhər sakini Rüfət Xankişizadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosipedlə hərəkətdə olan kənd sakini Xaləddin Abdullayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS