SİZİN REKLAM BURADA!
055 213 76 73



Səbail rayonunda yerləşən gözəllik salonlarından birindən orada müştəri olan qadının çantasından 9000 manat naməlum şəraitdə oğurlanıb.

ARB TV xəbər verir ki, zərərçəkən bu barədə Səbail Rayon Polis İdarsi 39-cu Polis Bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb və o, ifadəsində oğurluq etdiyini etiraf edib.

Keçirilən əlavə əməliyyat tədbirləri zamanı onun paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub.

Gülnarə Novruzova – saxlanılan şəxs: “Səbail rayonu ərazisində “Aynur” gözəllik salonundan altı min manat pul götürdüm. Əksər vaxt müştəri qismində gedirdim. Qarşıma da çıxırdı, götürürdüm. “Park Bulvarda”, “Sahil Ticarət Mərkəzində” və “Abşeron oteldə”. Pulqabları olub ”.

Qeyd edək ki, G.Novruzova əsasən qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq orada digər şəxslərin şəxsi əşyalarını və pullarını qanunsuz olaraq ələ keçirib.

BAKU.WS