SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Amaliya Pənahova vəfat edib.


BAKU.WS xəbər verir ki, bu barədə əməkdar artist Hüsniyyə Mürvətova sosial şəbəkə hesabında qeyd edib.


Qeyd edək ki, Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.


BAKU.WS