VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının məşhur restoranlarından birində toy zamanı maraqlı hadisə baş verib.


BAKU.WS xəbər verir ki, bu barədə əməkdar artist Yusif Mustafayev ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində danışıb.


Onun sözlərinə görə, toyların birində bəyin keçmiş sevgilisi olduğu iddia edilən gənc qadın toyun keçirildiyi restorana daxil olaraq gəlinin masasına kimi irəliləyib.


“Həmin qadın bəyə yaxınlaşan kimi söyüş söyüb və gəlinin saçından tutaraq yolmağa, silkələməyə başlayıb. Sonradan qadını restorandan güclə çıxarıblar. Hər kəsi şoka salan bu hadisədən sonra gəlin gözyaşları içində restoranı tərk edib. Lakin toy təxirə salınmayıb. Məclis gəlin olmadan davam edib”, - deyə Yusif Mustafayev bildirib.


Cavid Babayev
BAKU.WS