SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nərimanov rayonu ərazisində yanğın baş verib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, yanğın hadisəsi Əhməd Rəcəbli küçəsində yerləşən "Karcher" mağazasında qeydə alınıb. 

Mağazanın fasadındakı material qısa zamanda alışaraq yanmağa başlayıb. 

Dərhal əraziyə yanğınsöndürən maşınlar cəlb edilib. 

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Abbas
BAKU.WS