SİZİN REKLAM BURADA!
055 213 76 73



"AMAY”-ın İranda yaradılan şirkətinə rəhbərlik edən və axtarışda olan şəxs Azərbaycanın dövlət sərhədini pozarkən saxlanıl­ıb.

Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışda olan "AMAY” MMC tərəfindən İranda təsis edilən "Azər Caspian İran” şirkətinə məxsus müəs­sisə­lərə rəhbərlik edən 1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İran İslam Republikasından Azərbaycan Respublikası istiqa­mə­tin­­də dövlət sərhədini pozarkən saxlanıl­ıb.

N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, "Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkarlanıb.

Saxlanılan şəxsə həmin əməllərinə görə Cinayət Məcəlləsinin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.

BAKU.WS