SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Racxan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror R.İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, R.İbrahimov Bakıda sevgilisi Ellada Əlizdadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

R.İbrahimov cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham olunur.

BAKU.WS