SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində hadisə baş verib.


BAKU.WS xəbər verir ki, universitetin “Rəssamlıq" fakultəsinin "Sənətşünaslıq” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Ləman Əsgərzadənin başına taxta düşüb.



Bildirilir ki, şəkilləri qurutmaq üçün istifadə edilən “planşet” taxta ehtiyatsızlıq səbəbindən gənc qızın başına düşüb.


Hadisə nəticəsində Ləman Əsgərzadə yaralanıb. Onu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Xəstəxanadan BAKU.WS-ə bildiriblər ki, hazırda xəstə palatada müalicə alır. Onun vəziyyəti orta-ağırdır.


Ziya SƏCCAD
BAKU.WS