SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda intihar olub.


BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.


Rayon sakini, 1962-ci il təvəllüdlü İbad Qubad oğlu Namazov yaşadığı evdə ülgüclə boğazını, qollarını və qarnını doğrayıb. Nəticədə o hadisə yerindəcə keçinib.


Onun qana boyanmış meyitini yaxınları aşkar edib və bu barədə polisə məlumat veriblər. İ.Namazovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.


Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


BAKU.WS