SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda avtomobildən oğurluq edilib.

BAKU.WS
 xəbər verir ki, tanınmış menecer, “Ultra” şirkətinin marketinq şöbəsinin rəhbəri Malik Rəşidova məxsus 10 MR 899 dövlət nişanlı “Audi” markalı avtomobilin qabaq yan şüşəsi naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.


M.Rəşidov deyir ki, avtomobilin ön hissəsini qarışdıran şəxslər oradan pul götürərək uzaqlaşıblar:


"25 manat götürüblər, digər pulların yerini tapa bilməyiblər". 


M.Rəşidov bildirib ki, hadisə yaşadığı binanın həyətində baş verib. Hadisə ilə bağlı polisə məlumat verilib. İzahat yazılıb, əl izləri götürülüb.


Zərərçəkmiş artıq ikinci dəfədir belə bir hadisə ilə qarşılaşır. İki il əvvəl də onun avtomobilindən eyni üsulla oğurluq edilib. 


BAKU.WS