VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tovuz rayon sakini özünü bıçaqlayıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Rəhimov Tahir Məhəmmədəli oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Araşdırmalar zamanı T.Rəhimovun əsəbiləşərək özünü bıçaqladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam edir.

BAKU.WS