VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Binəqədi-Novxanı yolunda, "Duz gölü" adlanan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.


BAKU.WS xəbər verir ki, 985 saylı sərnişin avtobusu yüksək sürətlə hərəkətdə olarkən qarşısında olan “VAZ 21099” markalı avtomobilə çırpılıb.


Qəza minik maşınının avtobusun qarşısına çıxması səbəbindən baş verib. Bundan sonra zəncirvari qəza hadisəsi baş verib. Belə ki, “Şaqman” markalı yük maşını “VAZ-21099” markalı avtomobilə çırpılıb.


Hadisənin görüntülərini “movqe.az” saytı yazıb. Saytın yazdığına görə, qəza zamanı avtobusun sürücü və bir neçə sərnişin yaralanıb. Yaralılar arasında vəziyyəti ağır olanlar var.


Ziya SƏCCAD
BAKU.WS