SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda obyektdə yanğın baş verib.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.


Verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində, “Azərbaycan” kinoteatrı yaxınlığındakı obyektdə baş verib.


Birinci çağırışla hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, alovun yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb.


Hadisənin səbəbləri araşdırılır.


Ziya SƏCCAD
BAKU.WS