SİZİN REKLAM BURADA!
055 213 76 73


 
BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höcətov tutduğu vəzifədən azad edilib.
 
BAKU.WS məlumat verir ki, bu haqda məlumatı universitetin mətbuat xidməti yayıb. Mətbuat xidmətinin rəhbəri bildirib ki, Mahir Höcətovla bağlı yayılan iddialar rektorluğa çatdırılıb. Məsələ müzakirə edildikdən sonra Höcətov tutduğu vəzifədən azad edilib.
 
Qeyd edək ki, blogger Mehman Hüseynov facebook hesabında BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höcətovun tələbələrə hədə-qorxu gələrək pul alması barədə status yazıb. O bildirib ki, son vaxtlar Bakı Dövlət Universitetində oxuyan tələbələr sosial şəbəkələrdə bu insan haqda çoxlu şikayət edirlər. Tələbələrin dediklərinə görə, BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höcətov digər mühafizəçilərlə əlbir olub, qarşılarına çıxan tələbələrin vəsiqələrini bir bəhanə ilə əllərindən alırlar və əgər 10-15 AZN verməsələr vəsiqəni qaytarmayacaqları, ailələrini çağıracaqlarını deyərək hədələyirlər. Etiraz edən tələbələrə də "ölkədə krizis var, bəs necə dolanaq?" deyə səbəb gətirirlər.
 
BAKU.WS