VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gecə Bakının Ziya Bünyadov prospektində baş verən zəncirvari qəzanın təfərrüatı məlum olub. 

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, “Şaqman” markalı yük maşının sürücüsü yol hərəkət qaydalarını pozaraq ötmə əməliyyatı edib. Nəticədə “Kamaz”la sağ divar arasında sıxışaraq qalıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Qəzadan 30 dəqiqə sonra yük yeri taxılla dolu olan digər bir “Kamaz” DYP xidmətinin maşınına çırpılıb.

Hadisə nəticəsində yaralanan olmayıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırmalar aparılır.


***08:49


Bu gün Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.


BAKU.WS-in əldə etdiyi məlumata görə, iki yük maşını və YPX maşının iştirakı ilə qəza baş verib. 


Hadisə şahidlərinin sözlərinə görə, qəza gecə "Dərnəgül" yolunda olub. Yük maşınları bir-birinə dəyib. Daha sonra isə YPX avtomobili yük maşınlarına çırpılıb. 


Qəza zamanı ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur. 


Hadisənin görüntülərini təqdim edirik: 


BAKU.WS