VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün paytaxtın "Əhmədli" metrostansiyasının yaxınlığında mağazalardan birindən edilən oğurluq anı kameraya düşüb. Həmin şəxs satıcının başını qataraq müxtəlif növ ətirləri oğurlayıb.


Əvvəlcə satıcıdan məhsullar haqqında soruşub və vitrindəki malları çıxarmasını istəyib.


Satıcı müştərinin istəyini yerinə yetirərəkən ən üst rəfdə olan ətir qutusunu götürüb və gödəkçənin iç cibinə qoyub. Daha sonra satıcının arxa tərəfinə keçərək daha bir ətir götürüb.


Beləliklə, naməlum şəxs dükandan 55 manatlıq məhsul oğurlayıb. Mağaza sahibinin sözlərinə görə, bundan əvvəl də eyni müştəri bir neçə dəfə mağazaya daxil olub, amma heç nə almadan dükanı tərk edib.


Artıq faktla bağlı polisə müraicət edilib, görüntülər təqdim olunub və araşdırma aparılır.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


BAKU.WS