SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqsirləndirilən müğənni Təranə Muradovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində şərti cəza verilib. T.Muradova məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, T.Muradova əvvəllər də qadın alverinə görə polis tərəfindən tutulub.

BAKU.WS