SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtda nikahdankənar doğulan körpə qətlə yetirilib.

BAKU.WS
xəbər verir ki, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.


Sumqayıt şəhər Prokurorluğundan BAKU.WS-ə bildirilib ki, həmin qəsəbədə yaşayan 22 yaşlı Səbinə İsmayılova yeni dünyaya gətirdiyi oğlan uşağını anası 56 yaşlı anası Nigar Salmanova ilə birlikdə öldürüblər. Sonra onlar körpənin cəsədini H.Z.Tağıyev qəsəbəsindəki qəbiristanlıqda basdırıblar.


Qeyd edək ki, Səbinə İsmayılova evli olmayıb. Ehtimal edilir ki, körpə məhz nikahdan kənar doğulduğu üçün öldürülüb. Lakin qətlin dəqiq səbəbləri istintaqdan sonra məlum olacaq.


Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.


Ziya SƏCCAD
BAKU.WS