SİZİN REKLAM BURADA!
055 213 76 73



Qusar rayonunun Qayakənd kəndində evdən yanmış kişi meyiti tapılıb.


BAKU.WS "report"a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Bəhram Mahmudovun yanmış meyiti Qayakənd kəndində yaşadığı evində aşkarlanıb.


Onun bir neçə gün əvvəl yanaraq öldüyü ehtimal edilir.


Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Meyit tibbi ekspertizadan keçirilib.


Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


BAKU.WS