SİZİN REKLAM BURADA!
055 213 76 73



"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin Sığınacağına müraciət edən qadın yeni dünyaya gətirdiyi körpəsini sığınacağa təhvil verib. 


BAKU.WS xəbər verir ki, adı açıqlanmayan qadın bu addımının səbəbini uşağı qeyri-rəsmi münasibətdən dünyaya gətirməsi ilə əlaqələndirib.

"Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova uşağın körpələr evinə yerləşdiriləcəyini deyir:


"Əlbəttə ki, dövlət müəssisəsinə yerləşdiriləcək. Çox heyif! Bunun acısını isə gələcəkdə bu körpə çəkəcək".


Sığınacağın rəhbəri deyir ki, anaya uşaqdan imtina etməmək təklif edilsə də, qərarının ancaq və ancaq qeyri-rəsmi münasibətdən dünyaya gətirdiyi körpəsindən qurtulmaq olub.


"Əslində qadına uşağını atmazsa ona dəstək olacağımızı təklif etdik. Razılaşmadı, bu dəstəyimizdən imtina etdi və qırarının uşağı sığınacağımıza təhvil vermək olduğunu bildirdi" - M.Zeynalova təəssüflə bildirdi.


Zülfiyyə Qurbanova
BAKU.WS