Ötən gün saat 21:30 radələrində Qızılağac Milli Parkı ərazisində yanğın baş verib.


Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti BAKU.WS-ə verilən məlumat verib.


Verilən məlumata görə, hadisə Kiçik Körfəz sahəsində yanğın hadisəsi baş verib.


Yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilib.


Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.


Yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.


BAKU.WS