SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecə Goranboy rayonunda minik maşını qəzaya uğrayıb.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, “Cip” yüksək sürətlə hərəkətdə olarkən, sürücü idarəetməni itirib.


Nəticədə maşın yol kənarındakı ağaclara və işıq dirəyinə çırpılıb.


Qəza nəticəsində sürücü yüngül xəsarətlə canını qurtarıb. Lakin maşına ciddi ziyan dəyib.


Hadisə müşahidə kamerasına düşüb.


Həmin görüntüləri təqdim edirik:


Cavid Babayev
BAKU.WS