SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı təcavüzə cəhddə təqsirləndirilən Şamil Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ş.Nağıyev dörd il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakıda “Xan” restoranında ofisiant kimi işləyən Ş.Nağıyev həmin obyektdə qabyuyan qadını zorlamağa cəhd edib.
Şikayət əsasında saxlanılan Ş.Nağıyev həbs edilib.

BAKU.WS