VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda evli qadını şantajla pul tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.


Astan Əzizov 8 il azadlıqdan məhrum edilib.


İttihama görə, Astan Əzizov Sevinc Əliyevanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib.


Astan Sevinclə sosial şəbəkədə tanış olub. Aralarında isti münasibət yaranan şəxslər biri-birlərinə intim şəkillərini göndəriblər. Bir müddət keçəndən sonra Astan Sevinci şantaj edib. Onun intim şəkillərini sosial şəbəkədə yayacağı və qadını biabır edəcəyi ilə hədələyib.


Astan Əzizov bu şəkilləri yaymamaq üçün qadından ümumilikdə 4 min dollar pul tələb edib. Qadın tələb olunan pulu ona verib.


Daha sonra Sevin Əliyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Keçirilən əməliyyat zamanı Astan Əzizov həbs edilib.


Cinayət işi üzrə ifadə verən Astan Əzizov özünü təqsirli bilib.


Məhkəmədə məlum olub ki, zərərçəkmiş qadın evlidir, iki uşaq anasıdır. Sevinc Əliyevanın ifadəsinə görə, həyat yoldaşı ilə boşanmaq üzrədir.


İstintaq orqanı tərəfindən Astan Əzizovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi) maddəsi ilə ittiham elan edilib.


BAKU.WS