VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənən 4 nəfərin vəziyyəti orta-ağırdır.


Bu barədə BAKU.WS-ə Azərbaycan Səhiyyə Nazirliyinin 1 saylı Şəhər Xəstəxanasının Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov bildirib.


“Xəstəxanaya 4 nəfər daxil olub. Xəstələr orta yaşlı kişilərdir. Hazırda vəziyyətləri orta-ağırdır”, - deyə Azər Maksudov bildirib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə BAKU.WS-ə açıqlamasında bildirib ki, gəmidə zəhərlənmə ilə bağlı 8 nəfər müraciət edib.


“Bizə 8 nəfər müraciət edib. Zəhərlənənlərdən biri qadındır. Xəstələrdən 5-i müalicə alır. Onların vəziyyəti orta-ağırdır”, - deyə Səfayə Əhmədova bildirib.


Qeyd edək ki, Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizısinə məlumat daxil olub.


Bildirilir ki, zəhərlənənlərin sayı 8 nəfərdir. Onlardan 3 nəfər həkim gələnədək qədər ölüb.


Ziya SƏCCAD
BAKU.WS