SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində oktyabrın 12-də yaşadığı evindən oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapılıb.

BAKU.WS 
report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, beş gün davam edən axtarışlardan sonra H.M. adlı qız Marneuli rayonunun Candar kəndində aşkarlanıb. Gəncin sağlamlıq durumunda hər hansı bir problemin olmadığı qeyd olunub.

Hazırda qız psixoloqların nəzarəti altındadır.

Faktla bağlı istintaq təbdirləri davam etdirilir.

BAKU.WS