SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda, Bibiheybətə gedən yolda divar uçub.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 20-ci sahədən Bibiheybətə gedən yolda baş verib.

Bibiheybət məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçaraq yola tökülüb.

Torpaq sahəsinin də bir hissəsi sürüşüb. Hazırda ərazidə bərpa işləri aparılır.

Sözügedən yol Azərbaycan Avtomobil Yollarının balansındadır, hazırda qurumun işçiləri hadisə yerinə gəlib. Yola tökülən dağıntıları təmizlənməsinə başlanılıb. Yolun sağ hissəsində hərəkət qismən məhdudlaşırılıb

Aşan hasarın üstündə yaşayış evləri var. İlkin məlumatlara görə, evlərə heç bir ziyan dəyməyib.

BAKU.WS