Gəncə şəhərində küçədə kişi meyiti tapılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəxsiyyəti məlum olmayan meyit şəhərin Fikrət Əmirov küçəsində aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit təcili tibbi yardım maşını ilə tibbi ekspertizaya aparılıb. Araşdırmalar zamanı onun üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb və tüfeyli həyat yaşayan biri olduğu və xəstəlikdən öldüyü məlum olub. Meyit sonra qəbiristanlığa aparılaraq dəfn edilib.

BAKU.WS