SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda xaricilərin yeni dələduzluq aludəçiliyi yaranıb.


BAKU.WS xəbər verir ki, pakistanlı, qaraçı, gürcü, dağıstanlı və digər millətlərdən olan naməlum şəxslər mağazalarda oğurluq edirlər. Onlar satıcının başını qataraq, müxtəlif üsullarla pul oğurlayırlar.


Belə hadisələrdən biri də Nərimanov rayonunda avtomobillərin ehtiyat hissələri satılan mağazada baş verib. Mağaza sahibi Azər Niyazi BAKU.WS-ə bildirib ki, artıq iki dəfədir ki, onun dükanı xaricilərin hədəfi seçilib.


“Birinci dəfə pakistanlı kişi mağazaya girdi. 20 manat dəyərində mal götürdü və mənə 100 manat verdi. Daha sonra həmin malı geri qaytararaq, pulunu istədi. Sonra təkrar həmin malı götürəcəyini bildirdi. Lakin bir anda məni aldadıb, 100 manatı cibinə qoydu. Mən düşündüm ki, 100 manatı almışam. Ona pulun qalığını qaytardı və malı da verdim”, - deyə Azər Niyazi bildirib.


Sonradan dükan sahibi müşahidə kameralarında baxdıqda aldadıldığını görüb.


Ötən gün də anoloji hadisə baş verib. Dağıstanlı qadın mağazaya girib və eyni hərəkətləri təkrarlayıb. Lakin dükan sahibi Azər qadının fırıldağının üstünü açıb. Ondan götürmək istədiyi 100 manatı alıb.


Baş verən hadisənin görüntülərini təqdim edirik:


Ziya SƏCCAD
BAKU.WS