VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Cari ilin yanvarından peşə fəaliyyəti ilə bağlı dünyada 56 jurnalist qətlə yetirilib.

BAKU.WS xarici mətbuata istinadən xbər verir ki, bu, 2017-ci ilin on iki ayından da çoxdur. Ötən il 55 mətbuat nümayəndəsi qətlə yetirilib.

“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının məlumatına görə, öldürülən jurnalistlərin yarısından çoxu hərbi münaqişə zonalarında qətlə yetirilib.

Ən çox mətbuat nümayəndəsi Əfqanıstanda (13), ABŞ və Meksikada (hər birində 6 nəfər) həyatını itirib. Mərkəzi Afrika Respublikasında isə üç rusiyalı jurnalist – Orxan Camal, Aleksandr Rastorquev və Kiril Radçenko qətlə yetirilib.

Bundan başqa, 2018-ci ilin on ayı ərzində vətəndaş jurnalistikasının 10 təmsilçisi və 4 jurnalist köməkçisi də həlak olub.

BAKU.WS