SİZİN REKLAM BURADA!
055 213 76 73



Salyanda vətəndaşlardan sənədsiz ov tüfəngləri götürülüb.


Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.


Belə ki, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Rayis Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən ona və sərnişini Hətəm Cəfərova məxsus müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb.


Bundan başqa, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vüsal Əliyevdən də müvafiq sənədləri olmayan “Gifsan” markalı ov tüfəngi götürülüb.


BAKU.WS