VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının Binəqədi rayonunda Ruslan Volkov adlı dilənçi küçədə ölüb.


BAKU.WS-in məlumatına görə, Azadlıq prospektində yaşı təxminə 50 olan həmin şəxs bu vaxtadək Zorge parkında bomj kimi yaşayırmış.

 

Əslində isə o, Rusiyada tanınmış ailələrdən birinin üzvü olub. Bakıya gəlməsiin səbəbi isə qızını tapmaq olub. Ruslanın qızı bir neçə il bundan qabaq Bakıya gəlibmiş. Dinara adlı xanım paytaxta işləməyə gəlsə də, sonradan bir nəfərlə tanış olub və evlənib. Qız ərə gedəndən sonra atası ilə əlaqəni kəsib. Ruslan qızını tapmaq üçün bura gələndə, Dinaranı Bakıda çox imkanlı ailədə yaşadığını görüb və sevinib. Lakin 50 yaşlı atanın sevinci çox çəkməyib.

Qızı onu valideyn kimi istəmədiyini deyib. Ruslan bu səbəbdən dərdə düşüb. İçərək keflənən Ruslan günlərin bir günü qarət olunub. Əlindəki pulun oğurlanması və qızının onu atması onu həyatdan tamam küsdürüb.

Ətrafda yaşayanlar deyirlər ki, Ruslan hər gün dilənib aldığı pullara çörək və araq alırmış. Sonra da içib küçədə yatıbmış. Onun meyiti tapılarkən başında qan ləkələri olub. Ehtimal olunur ki, Ruslan keflənib yerə yıxılıb. Başı harasa dəydiyi üçün xəsarət alıb. Ruslan Volkova heç kim əhəmiyyət vermədiyindən o qanaxmadan ölüb. 

 

Ziya Səccad

BAKU.WS