VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sosial şəbəkələrdə Bakıda iki qızın saçyolduya çıxmasını əks etdirən video yayılıb.


BAKU.WS xəbər verir ki, hadisə axşam saatlarında Nizami küçəsində qeydə alınıb.


“Azxeber.com” saytının yazdığına görə, qızlar oğlan üstündə dalaşıblar.


Nizami küçəsində iki qızın əlbəyaxa davası polisin müdaxiləsi ilə nəticələnib.


Axşam saatlarında baş verən hadisəyə ilk olaraq ətrafdakı vətəndaşlar müdaxilə edib. Amma buna baxmayaraq, qızları ayırmaq mümkün olmayıb.


Polis əməkdaşlarının hadisəyə müdaxiləsinə də məhəl qoymayan qızlar əməllərinə davam ediblər.


Nəticədə polis onların hər ikisini saxlayaraq bölməyə aparıb. Bu zaman onlar polisə də çətin anlar yaşadıblar.


Hadisə şəhidlərinin sözlərinə görə, iki qız arasındakı insident oğlana görə olub.


Həmin görüntüləri təqdim edirik:


BAKU.WS