SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.


BAKU.WS Trend-ə istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.


Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.


Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı cinayət işi başlanıb.


BAKU.WS