VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.


BAKU.WS xəbər verir ki, bununla bağlı İTV-nin əməkdaşları hadisə yerində olub. Məktəbin direktor müavini kanal əməkdaşına bildirib ki, hadisə ilə əlaqədar uşaq və onun atası saxlanılıb.


“Həmin gözyaşardıcı qaz balonunu uşağa atası verib ki, kimsə sənə xəsarət yetirmək istəsə, özünü müdafiə edərsən. Şagird isə gözyaşardıcı qazı sinifdə uşaqlar arasında istifadə edib”, - deyə məktəb nümayəndəsi bildirib.


Qeyd edək ki, məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.


Daha ətraflı videodan izləyə bilərsiz.


BAKU.WS