SİZİN REKLAM BURADA!
055 213 76 73



Suraxanı rayonu 76 nömrəli orta məktəbin şagirdlərindənbiri məktəbə gözyaşardıcı qaz buraxıb. Hadisə tənəffüs vaxtıdəhlizdə baş verib. Digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Zəhərlənən 8 şagirdə Bakı şəhəri1 saylı kliniki tibbi mərkəzdəilkin yardım edildikdən sonra evə buraxılıb.


Məktəbə gözyaşardıcı qaz gətirən şagird 8 nəfəri zəhərlədi.


Hadisə bu gün səhər saatlarında Hövsan qəsəbəsi 76 nömrəli orta məktəbdə baş verib.Özü ilə birlikdə məktəbə gözyaşardıcı qaz gətirən 6-cı sinif şagirdi sinif yoldaşı ilə həmin qazı dəhlizə püskürdüb. Hadisə tənəffüs vaxtı olduğundan digər şagirdlər də qazdan təsirlənib.


Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları çağrılıb. Şagirdlərin bəzilərinə yerindəcə ilkin tibbi yardım göstərilib. 8 şagird isə bakı şəhəri 1 saylı kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.


Məktəbdənverilən məlumata görə, şagirdlərin valideynləri ilə təhsil müəssisəsində görüş keçirilib. Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər.


Məsələylə bağlı səhiyyə nazirliyindən isə bildirdilər ki, toksikologiya şöbəsinə qəbul edilən şagirdlərdə yüngül reaksiyalar, tənginəfəslik müşahidə edilib.Müayinədən sonar günorta saatlarında onlar evlərinə buraxılıb.


BAKU.WS