Sumqayıt şəhərində 34 yaşlı qadın özünü binadan atıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Səidə Səfa qızı Bağırova yaşadığı yaşayış binasından özünü ataraq intihar edib.
Onun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.