VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Qaradağ rayonunda yol qəzası baş verib.


Bu barədə BAKU.WS-in “qaynar xətti”nə hadisə şahidləri məlumat verilib. Bildirilib ki, hadisə Qaradağ postu yaxınlığında baş verib. Qəzaya uğrayan “1920” yük xidmətilə məşğul olan şirkətin avtomobilidir.


Hadisə barədə məlumat almaq üçün şirkətlə əlaqə saxladıq. Şirkətin rəsmisi Bəhram Hidayətov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə avtomobilin təkərinin partlaması nəticəsində baş verib.


“Yük maşınının təkəri partlayıb və avtomobil yoldakı dəmir konstruksiyaya dəyərək aşıb. Qəza zamanı maşının sürücüsü Bayram Gülmirzə oğlu İbrahimovun burnu sınıb. Avtomobildə olan 300 qutu siqaret yola dağılıb”, - deyə Bəhram Hidayətov bildirib.


Baş verən qəzanın görüntülərini təqdim edirik.


Ziya SƏCCAD
BAKU.WS