VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmaması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.


BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Daha sonra M.Hüseynovun vəkili Şəhla Hümbətova vəsatət qaldırıb. O, müvəkkili haqqında mənfi rəy vermiş 14 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Təbriz Əzizovun məhkəmədə dindirilməsini istəyib.


Vəsatət təmin edilməyib.


Növbəti proses oktyabrın 17-nə təyin olunub.


Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.


BAKU.WS