SİZİN REKLAM BURADA!
055 213 76 73



Kosovo Milli Məclisində aylardır davam edən iqtidar-müxalifət böhranı "2016-cı il büdcə layihəsi"nin müzakirəsi zamanı yenidən qızışıb. 
 
BAKU.WS-in məlumatına görə, iclasın əvvəlində müxalif deputat Qlauk Konjufkanın salona qaz bombası atıb. Hadisədən dərhal sonra parlament sədri Kadri Veseli iclasa fasilə verib. Sədr hər kəsi çölə çıxmağa dəvət edib.

Veselinin çağırışına qulaq asmayan müxalifət millət vəkilləri maskasız şəkildə salonda etirazlarını davam etdirib. Bu zaman müxalifət millət vəkilləri Fisnik İsmaili və Faton Topalli də iclasa qatılıb.
 
Şahin Həbibov
BAKU.WS